Almaniya Kansleri Olaf Şolts hesab edir ki, Kiyevə hərbi yardımın maliyyələşdirilməsi məqsədilə “borc əyləci”nin zəiflədilməsi üçün Ukraynada münaqişə ilə əlaqədar fövqəladə vəziyyət elan etmək olar.

O, bu barədə Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

“Avropanın mərkəzində müharibə fövqəladə vəziyyətdir”, – kansler vurğulayıb.

Onun sözlərinə görə, Almaniyanın konstitusiyası belə fövqəladə vəziyyət yarandığı təqdirdə “borc əyləci”nin zəiflədilməsi imkanını nəzərdə tutur: “Əminəm ki, parlament seçkilərindən sonra Bundestaqda əksəriyyət məhz bunu dəstəkləyəcək”.

Xatırladaq ki, fevralın 23-də Almaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.

İstinadlar Report