
Almaniya kansleri Olaf Şolts Avropanın ABŞ-nin bərabərhüquqlu müttəfiqi olaraq qalmasını təmin etmək üçün müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa çağırıb.
“Biz təhlükəsizliyimiz üçün daha çox işlər görməliyik ki, sülh içində yaşamağa davam edək. Şübhəsiz, müdafiə xərclərimiz əhəmiyyətli dərəcədə artmağa davam etməlidir”, – Şolts vurğulayıb.
Almaniya kanslerinin sözlərinə görə, NATO-nun ÜDM-in 2 %-i hədəfinə çatmaq üçün 2028-ci ildən federal büdcədən əlavə 30 milyard avroya ehtiyac olacaq.