
Almaniya Ukraynaya ilk “RCH 155” tipli özüyeriyən artilleriya qurğusunu təhvil verib.
“Welt” telekanalının yayımladığı mərasim bu döyüş sistemlərini istehsal edən KNDS müdafiə konserninin yerləşdiyi Kasseldə keçirilib.
“Bu, Ukraynanın bizə arxalana biləcəyinə işarədir”, – Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.