Almaniyada böhran getdikcə pisləşir və kansler Olaf Şolts bunun öhdəsindən gələ bilmir.
Almaniyanın müxalif siyasətçisi Sara Vaqenknext ölkənin aparıcı avtomobil istehsalçılarından biri olan “Volkswagen” böhranını sənayenin gözlənilən tənəzzülünün simvolu adlandırıb.
Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaları öz vətəndaşlarının zərərinə dəstəkləyən Şolts hökuməti buna görə cavab verməlidir. Belə ki, ilk növbədə enerjinin bahalaşması Almaniya vətəndaşlarının cibinə ziyan vurur.
Oktyabrda Aİ-də qazın orta mübadilə qiyməti ötən ilin payızından bəri çox artıb – bir kubmetr üçün 456 dollar. Almaniya kansleri isə günahını etiraf etmir.