Almaniyanın “Raynmetall” (Rheinmetall) konserni Ukraynanın istifadə etdiyi HIMARS (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) raket sistemlərinin istehsalına başlamağı planlaşdırır.

Bunu “Raynmetall” şirkətinin baş direktoru Armin Papperger bildirib.

Onun sözlərinə görə, konsern Ukrayna qoşunlarının fəal şəkildə istifadə etdiyi HIMARS reaktiv yaylım atəş sistemlərini istehsal edən Amerika şirkəti “Lokhid Martin” (Lockheed Martin) ilə danışıqlar aparır.

“Münhen Təhlükəsizlik Konfransında biz Almaniyada HIMARS istehsalına başlamaq üçün “Lokhid Martin” ilə müqavilə bağlamağı gözləyirik”, – A. Papperger deyib.

İstinadlar Report