Almaniya hökuməti müdafiə xərclərini ÜDM-in 2 faizi səviyyəsinə çatdırmağı qarşıya məqsəd qoyub.

Bu barədə ölkənin müdafiə naziri Ursula fon der Leyen Münhen Təhlükəsizlik Konfransında bildirib.

“Biz avropalılar tərəziyə daha çox yük qoymalıyıq. Almaniya hökumətinin NATO-ya vəd etdiyi, bizim koalisiya sazişimizdə təsbit olunduğu kimi, müdafiə xərclərimizi 2 faiz səviyyəsinə çatdırmaq məqsədinə doğru irəliləyirik”, – deyə nazir vurğulayıb.

Xatırladaq ki, bu gün Münhendə illik beynəlxalq təhlükəsizlik konfransı açılıb. Budəfəki konfransın daha çox ABŞ Prezidenti Donald Tramp tərəfindən dəfələrlə irəli sürülən tələbə baxmayaraq, müdafiə xərclərini ÜDM-in 2 faizi səviyyəsinə çatdırmadıqları üçün ABŞ-nın NATO-dakı tərəfdaşlarına qarşı sərt tənqidlərlə yadda qalacağı güman edilir.

İstinadlar Report