Almaniyanın şimalında Huzum şəhəri (Şlezviq-Holşteyn federal torpağı) yaxınlığındakı aviabaza üzərində naməlum pilotsuz uçuş aparatları müşahidə edilib.

Yanvarın 9-dan 29-dək Şvezinqdəki (Şlezviq-Holşteyn federal torpağı) aviabaza üzərində naməlum peşəkar pilotsuz uçuş aparatlarının iştirakı ilə ümumilikdə altı insident baş verib. Qəzet qeyd edib ki, Şvezinqdəki Almaniyanın HHQ bazasında HHM bölmələrinin hazırlığı üzrə tədris mərkəzi yerləşir. Hərbçilər “Patriot” raketdən müdafiə sistemindən (RMS) istifadə bacarıqlarına yiyələnirlər. Nəşrin bildirdiyinə görə, mərkəzdə ukraynalı hərbçilər də təlim keçir.

“Süddeutsche Zeitung” vurğulayıb ki, Bundesverin (Silahlı Qüvvələr) Əməliyyat Komandanlığı bir neçə pilotsuz uçuş aparatının uçuşunun aşkar edilməsi faktını təsdiqləsə də, “hərbi təhlükəsizliyin təmin edilməsi və əməliyyat mülahizələrinə görə əlavə təfərrüat verə bilməyəcəklərini” açıqlayıblar.

İstinadlar Report