Biz səhv etməməliyik.

Bu barədə Almaniya, Fransa və Polşa xarici işlər nazirləri – Annalena Berbok, Stefan Sejeurne və Radoslav Sikorskinin yaydığı birgə bəyanatda qeyd olunub.

Bəyanatda qeyd olunub ki, Rusiya 2 ildən artıqdır ki, Ukraynaya qarşı qanunsuz müharibə aparır: “Son 2 ildə ABŞ və Avropa Rusiyaya qarşı birləşib. Lazım olduğu qədər Ukraynanı dəstəkləməyə davam edəcəyik”.

Bildirilib ki, bu gün Ukraynada olanlar sabah Avropanın başqa yerində təkrarlana bilər: “Rusiya imperialist siyasətindən əl çəkməyəcək. Biz birlikdə NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir.

İstinadlar Report