Almaniya, Fransa və Böyük Britaniya hökumətləri İranı nüvə eskalasiyasını dərhal dayandırmağa çağırıb.

Birgə bəyanatı Almaniya Xarici İşlər Nazirliyi yayıb.

“Almaniya, Fransa və Böyük Britaniya hökumətləri İranın Fordo yeraltı obyektində 60 %-ə qədər zənginləşdirilmiş uran istehsalının həcmini əhəmiyyətli dərəcədə artırmaq üçün nüvə proqramının daha da genişləndirilməsi istiqamətində atdığı son addımları qınayır”, – bəyanatda bildirilib.

Bu ölkələr, həmçinin İranın istifadədə olan sentrifuqaların sayını artırması və uranın zənginləşdirilməsi üçün əlavə infrastrukturun yaradılmasına hazırlıq görməsindən narahatlıqlarını ifadə edib.

“Biz İranı bu addımlardan çəkinməyə və nüvə eskalasiyasını dərhal dayandırmağa çağırırıq”, – XİN vurğulayıb.

İstinadlar Report