Almaniya Daşkəndlə əfqan qaçqınlarının Özbəkistan vasitəsilə öz vətənlərinə aparılması imkanlarını müzakirə edir.
Qeyd olunub ki, Almaniyanın daxili işlər naziri Nensi Feserin tapşırığı ilə rəsmilərdən ibarət nümayəndə heyəti mayın sonunda miqrasiya və deportasiya paktını müzakirə etmək üçün Daşkəndə səfər edib.
Sığınacaqdan məhrum edilən və Almaniyadan deportasiya edilən məhdud sayda əfqanların Özbəkistana, daha sonra qonşu Əfqanıstana göndərilməsi planlaşdırılır. Kabilə uçuşlar özəl aviaşirkət tərəfindən həyata keçiriləcək.
Bu, Almaniyaya radikal “Taliban” hərəkatı ilə danışıqlardan yayınmağa imkan verəcək. Özbəkistan hakimiyyəti Berlinin təklifini öyrənir.