Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Fezer miqrasiya tarixi olan daha çox vətəndaşın dövlət qulluğuna qəbul edilməsinə və onların karyera nərdivanında irəliləməsinə kömək edəcək qanun layihəsini təqdim etmək niyyətindədir.

Nəşr qeyd edib ki, qanun ölkədə olan xarici şəxslərin ölkənin idarə olunmasında iştirakının genişləndirilməsinə yönəlib. Onun məqsədi alman cəmiyyətinin müxtəlifliyini inzibati orqanlarda əks etdirməkdir.

Bundan əlavə, dövlət qulluğunda miqrasiya mənşəli şəxslərin xüsusi çəkisinin artmasını nəzərdə tutur. Bütün iş elanlarında bu cür şəxslərin müraciətlərinin qəbul edildiyini bildirən bir bəyanatın yer alması planlaşdırılır.

İstinadlar Report