Rəsmi Praqa Ukraynaya hərbi yardıma görə təşəkkür olaraq Berlindən 15 ədəd “Leopard 2A4” tankı ala bilər.

Bu barədə jurnalistlərə Çexiyanın baş naziri Petr Fiala bildirib.

“Çexiya Ukraynaya kömək etdiyinə görə təşəkkür kimi, Almaniyadan hədiyyə olaraq daha 15 ədəd “Leopard 2A4″ tankı ala bilər”,-deyə, o bildirib.

Qeyd edək ki, rəsmi Berlin əvvəllər də Kiyevə göndərilən zirehli texnikanın əvəzi olaraq 14 ədəd belə tankı Çexiyaya təhvil verib.

İstinadlar Report