Avropada davamlı yağıntılar Almaniyanın bir sıra federal ərazilərində daşqınlar riskini artırır.
“Əgər proqnozlaşdırılan yağışlar davam etsə, daşqın dalğasının bazar günü-bazar ertəsi Lusatiyadakı Neyse çayında, gələn həftənin ortalarından isə Oder və Elbada başlayacağı ehtimal olunur”, – məlumatda deyilir.
Drezdendə (Saksoniya federal əyaləti), Elbada suyun səviyyəsinin gələn həftənin ortalarına qədər yüksəlməsinin davam edəcəyi gözlənilir. Yerli orqanlar bununla əlaqədar birinci dərəcəli təhlükə elan edib.
Qeyd olunur ki, xilasedicilər qismən dağılmış Karolabrükke körpüsünün yaxınlığındakı ərazinin təmizlənməsi işlərini dayandırıblar.
Yerli KİV-in məlumatına görə, Almaniyanın cənubundakı Bavariya federal əyaləti artıq daşqınlardan qismən zərər çəkib və Bavariyada Alp dağlarının yüksək hündürlüyündə uçqun təhlükəsi yaranıb.