Almaniya bundestaqının vitse-prezidenti Katrin Göring-Ekardt fevralın 1-də Ukraynanın paytaxtı Kiyevə səfərə gedib.

Bu barədə o, tviter səhifəsində paylaşım edib.

“Ukrayna xaqlı öz ölkəsini və bizim azadlığımızı müdafiə edir”, – vitse-prezident paylaşımında vurğulayıb.

Katrin Göring-Ekardt Ukraynanın Avropa İttifaqına potensial üzvlüyünü nəzərdə tutaraq qeyd edib ki, bu ölkə Avropa ailəsinə aiddir.

Məlumata görə, onun səfəri bir neçə gün davam edəcək. Qeyd edilib ki, vitse-prezident Ukraynadakı humanitar vəziyyəti yerindəcə öyrənməyə çalışacaq.

İstinadlar Report