Almaniya BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının proqramı çərçivəsində qaçqınların könüllü qəbulunu müvəqqəti olaraq dayandırıb.

Bu barədə “Deutsche Presse-Agentur” (DPA) məlumat yayıb.

Bu qərar hazırda Xristian Demokratik və Xristian Sosialist ittifaqları bloku ilə Almaniya Sosial Demokrat Partiyası arasında aparılan hakim koalisiya danışıqları ilə bağlıdır. İlkin məsləhətləşmələrin yekunu üzrə onlar qaçqınların könüllü qəbulu proqramlarını mümkün qədər tez başa çatdırmaq və yeni proqramlara qoşulmamaq barədə razılığa gəliblər.

Daha əvvəl Almaniya hökuməti 2024-2025-ci illərdə BMT-nin xətti ilə ümumilikdə 13 100 qaçqını Almaniya ərazisində yerləşdirməyə razılıq vermişdi. Onlardan 5 061 nəfəri artıq Almaniyaya daxil olub, onların arasında Türkiyədən olan suriyalı qaçqınlar da var.

İstinadlar Report