
Almaniya 2022-ci ilin sonunda Amerikanın beşinci nəsil “F-35” qırıcılarının alınması üçün müqavilə bağlamağı planlaşdırır.
Bunu Almaniya kansleri Olaf Şolts deyib.
O qeyd edib ki, “F-35″lər Almaniyanın NATO-da nüvə iştirakına töhfə verməyə davam edə bilməsi üçün lazımdır. Nüvə silahlarının paylaşılması Alyansın çəkindirmə konsepsiyası ilə bağlıdır.