“Rusiyanın Avropa Şurasından (AŞ) çıxmasının səbəb olduğu itkiləri kompensasiya etmək üçün Almaniya hökuməti əlavə 10 milyon ABŞ dolları üzvlük haqqı ödəyəcək”.

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok AŞ-nın Nazirlər Komitəsinin Turində keçiriləcək 132-ci iclasından öncə bildirib.

“AŞ nazirlərinin konfransında Rusiyanın təşkilatdan çıxışının strateji baxımdan nə demək olduğunu müzakirə edəcəyik. Çatışmayan üzvlük haqqının kompensasiya edilməsi zərurəti təşkilatın işinə təsir etməməlidir. AŞ hazırda həmişəkindən daha çox lazımdır”, – Almaniyanın XİN rəhbəri deyib.

İstinadlar Report