Almaniyanın “Lufthansa” aviaşirkəti Bakıya uçuşlarını bərpa edib. 

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanı məlumat yayıb. Qeyd olunub ki, uçuşlar həftənin çərşənbə və şənbə günləri Bakıdan-Frankfurta həyata keçiriləcəkdir.

Xatırladaq ki, sözügedən hava şirkəti koronavirusla əlaqədar uçuşları təxirə salmışdı. “Lufthansa”  iyunun 1-dən Frankfurt-Tbilisi-Bakı müntəzəm reysləri həyata keçirəcəyini açıqlasa da, uçuşları yenidən dayandırmaq məcburiyyətində qalmışdı. 

İstinadlar Qafqazinfo