Almaniya Federativ Respublikasında (AFR) koronavirusdan ölənlərin sayı 1 318 nəfərə çatıb.

Bu barədə AFR-in Səhiyyə və Federativ ərazilərin sosial işləri üzrə nazirliyindən daxil olmuş məlumatlar əsasında “FOCUS online” portalı bildirib.

Qeyd edilir ki, ölkədə ümumilikdə 91 314 nəfər virusa yoluxub.

AFR-da koronavirusun yayılması episentri Bavariyadır. Siyahıda sonrakı yerdə Şimali Reyn – Vestfaliya və Baden-Vürtemberq qərarlaşıb. Ölkədə virusa yoluxmuş 24 minə yaxın xəstə sağalıb.

Almaniyada son bir gün ərzində virusa yoluxmuş təxminən 166 insan ölüb, daha 6 000 nəfər COVID-19-a yoluxub.

İstinadlar Report