
Almaniya hökuməti 2024-cü ildə rekord məbləğdə – 13,33 milyard avro dəyərində silah tədarük edib.
Bu barədə DPA agentliyi məlumat yayıb.
Bu məbləğin yarıdan çoxu – 8,15 milyard avro Ukraynaya göndərilib. 2023-cü ildə Almaniyanın hərbi ixracı 12,13 milyard avro təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən təxminən 10 % çoxdur.
Döyüş silahlarının payı 61 % təşkil edib. Ukraynadan sonra ikinci ən böyük alıcı ölkə 1,21 milyard avro ilə Sinqapur olub. Daha sonra Əlcəzair (558,7 milyon avro), ABŞ (319,9 milyon avro) və Türkiyə (230,8 milyon avro) gəlir.