
Şəmkir rayonun keçmiş icra başçısı Alimpaşa Məmmədovun Gəncə Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmədə dövlət ittihamçısı yenidən çıxış edərək təqsirləndirilən Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hakimin qərarı ilə Alimpaşa Məmmədovun cinayət işi üzrə yenilənmiş məhkəmə istintaqı başa çatıb.
Vəkillərin xahişi ilə hakim Alimpaşa Məmmədovun son söz deməsi üçün vaxt verib.