Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov məhkəmədə son sözünü deyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə Alimpaşa Məmmədova son söz verilib. O, özünü qismən günahkar bilsədə, bir çox maddələrdə özünü təqsirli bilməyib və hakimdən onun əf edilməsini istəyib. Həmçinin ona ittiham olunan dövlətə vurulan zərərin tam ödənildiyini nəzərə alınmasını da xahiş edib.

Məhkəmənin qərarı ilə növbəti məhkəmə prosesi iyunun 24-nə təyin olunub.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

İstinadlar Report