Skoltexa və Moskva Fiziki-Texniki İnstitutunun alimləri orbitdə insanın sağlamlığına nəzarət edən kardiodatçik yaradıblar. Bu haqda “Russkiy kosmos” jurnalında dərc olunmuş məqalədə deyilir.

“Yüngül simsiz kardiodatçik kosmonavtların işinə mane olmayacaq, süni intellekt sistemi isə ürəyin işində qeydə alınan ən kiçik pozulmaları izləyəcək” – məqalədə deyilir.

“Bizim qurğumuz orbitdə işləyən insanlar üçün çox mühümdür, çünki orbitdə orqanizm ekstremal yüklənmələrə məruz qalır. Sözügedən datçik preventiv tibbi inkişaf etdirməyə kömək edəcək ki, bu da inkişaf etməkdə olan xəstəliyin ilk simptomlarını aşkar edərək onu aradan qaldırmağa imkan verəcək” – Skoltexa kosmik mərkəzinin nümayəndəsi Tatyana Podladçikova bildirib.

Alimlər yaxın vaxtlarda sözügedən datçikin kosmosda tətbiqinə ümid edirlər.

Emil Hüseynov

İstinadlar ict news