Milli Meteorologiya Xidməti və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən olan amerikalı alimlər təhlükəli istilər barədə məlumat vermək üçün yeni rəng şkalası təqdim ediblər.

Bu barədə “Associated Press” məlumat yayıb.

Son dərəcə yüksək temperaturu göstərən beşinci rəng bənövşəyidir. Bundan əvvəl ağ, sarı, narıncı və qırmızı xəbərdarlıq səviyyələri mövcud olub. Ağ rəng sağlamlıq riskinin olmadığını, qırmızı isə hər kəs üçün ciddi riski göstərir.

Bənövşəyi səviyyə təkcə sağlamlıq üçün deyil, həm də insan həyatı üçün təhlükəyə uyğundur.

Mütəxəssislər deyirlər ki, beş istilik kateqoriyası ciddi elmi faktlara əsaslanır.

İstinadlar Report