Bakıda “Koroğlu” metrostansiyasının yaxınlığındakı asma körpüdən özünü atmaq istəyən şəxslə bağlı araşdırma aparılır.

Iki gün öncə axşam saatlarında Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Sənan Səfərəliyev körpüyə çıxaraq özünü oradan atmaq istəyib.

Ərazidə xidmət aparan mühafizə polisi tərəfindən onun intihara cəhdinin qarşısı alınıb. S. Səfərəliyev polis şöbəsinə təhvil verilib.

Orada araşdırma zamanı Sənan Səfərəliyev bildirib ki, bir müddət öncə boşanıb və övladı var. O qeyd edib ki, iş tapa bilmədiyi üçün alimenti ödəyə bilmir.

Araşdırmalar davam etdirilir.

İstinadlar Qafqazinfo