Əməkdar artist Fərqanə Qasımova və “Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov qohum olub.

Nağara ifaçısının oğlu Ümid xanəndənin qızı Fatimə ilə ailə qurmağa hazırlaşır.

Bu barədə N. Şirinov və F. Qasımova paylaşım ediblər.

“Qızım sənə həyatda Ümidlə birgə bir ömür xoşbəxtlik arzu edirəm. Allah bütün valideynlərə uşaqlarının sevincini görməyi qismət etsin. Bütün subaylara qismət!”, – deyə Qasımova yazıb.

“Canım oğlum Ümid, gözəl qızım Fatimə, bir ömür boyu xoşbəxt olun!”, – deyə Şirinov qeyd edib.

Qeyd edək ki, Fatimə Xalq artisti Alim Qasımovun nəvəsidir.