
Türk dünyası aktiv inteqrasiya prosesindən keçir.
Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Türk Ticarət Mərkəzində pavilyonların açılışında çıxışı zamanı bildirib.
“1991-ci ildə türk dünyası dünyanın siyasi xəritəsinə qayıdıb. Ölkələrimiz nisbətən gənc olsa da, biz böyük dövlətlərin və imperiyaların varisiyik. Bu gün mürəkkəb geosiyasi şəraitdə regionumuzun rolunun necə artdığını görürük. TDT ölkələri beynəlxalq arenada mühüm oyunçulara çevrilə bilər”, – o bildirib.
Səfir qeyd edib ki, istənilən inteqrasiya möhkəm iqtisadi təmələ əsaslanmalıdır.