Dodaqdan oxuyan alqoritmlər artıq bir neçə ildir mövcuddur, ancaq onlar dəqiqlik göstəricisinə görə səs tanıma sistemlərindən geri qalırlar. “Alibaba” şirkəti, Çjeszyan Universiteti və Stivens Texnologiya İnstitutunun alimləri bu texnologiyanı təkmilləşdirməyə qərar veriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.Alimlər komandası təlim vaxtı həm dodaqdan oxuyan, həm də səs tanımasından istifadə edən “Lip by Speech” (LIBS) metodunu hazırlayıb. Tədqiqatçılar alqoritmi tənzimləmək üçün Çin dilində müvafiq olaraq 45 min və 100 min ifadədən ibarət iki informasiya massivindən istifadə ediblər.

Təlimə xüsusi yanaşma proqrama videonun məzmununu daha yaxşı anlamağa imkan verib. Nəticədə yeni alqoritm analoqları ilə müqayisədə dodaqdan daha yaxşı oxuyur.

Yaxın gələcəkdə “LIBS” tipli alqoritmlər eşitmə qüsurlu insanların həyatını xeyli asanlaşdıracaq. Onlar subtitrsiz video və ya televiziya verilişlərini izləyə biləcəklər.

Emil Hüseynov

İstinadlar ict news