
Türkiyədən 2024-cü il dekabrın 9-dan bəri 175 min 512 suriyalının ölkələrinə qayıdışı təmin olunub.
Bu barədə statistikanı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Nazir Suriyada Əsəd rejiminin devrilməsindən sonra “könüllü, təhlükəsiz, ləyaqətli və nizamlı geri dönüş” prosesinin sürətləndirildiyini vurğulayıb:
“Ötən il dekabrın 9-dan etibarən, 175 min 512 suriyalı qardaşımız öz ölkəsinə qayıdıb. Bu, 33 min 730 ailə deməkdir. 2017-2025 illər arasında isə ümumilikdə Suriyaya qayıdanların sayı 915 min 515 nəfər olub”.
Türkiyənin qeyri-qanuni miqrasiya ilə mübarizəsinə toxunan A.Yerlikaya 2023-cü ildə 130 mindən çox, 2024-cü ildə isə 140 min əcnəbinin ölkədən deportasiya edildiyini deyib: