“Qarabağın azad olunması vaxtı Gəncədə törədilmiş cinayətlər Azərbaycanı təxribata çəkmək cəhdidir”.

Bunu Ukrayna-Azərbaycan Parlamentlərarası işçi qrupunun Ali Radadakı həmsədri Valeri Kolyux deyib.

“Bu gün biz Azərbaycanın Müstəqillik Günü münasibətilə Gəncə şəhərini ziyarət etdik. Bu şəhərdə ötən il mülki əhaliyə qarşı törədilmiş cinayətləri şahidi olduq”, – Kolyux bildirib.

Onun sözlərinə görə, Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:

“Biz Azərbaycanın müstəqilliyinin 30-cu ildönümü ərəfəsində Qarabağın tez bir zamanda işğaldan azad edilməsini alqışlayırıq. Təəssüf ki, bu gün siz haqq mübarizəsində həlak olan həmvətənlərinizin xatirəsini anırsız. Siz gələcək barədə düşünməli, həlak olanların ailələrinin və yaralananların sosial müdafiəsini təşkil etməli, eləcə də Qarabağın inkişafı üçün çalışmalısınız”.

İstinadlar Report