Azərbaycanlıların çox parlaq gələcəyi var. Bu, onların seçdiyi yolun nəticəsidir.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının deputatı Volodimir Kreydenko bildirib.

Deputat Azərbaycanın ilk gündən Ukraynaya mütəmadi humanitar yardım göstərməsindən danışıb: “Ukraynaya humanitar yardımda yetərincə kömək etməsini unutmamalıyıq. Biz sizin dövlətinizin strateji tərəfdaşıyıq, iqtisadi, hərbi-siyasi və s. əlaqələrimizin inkişafında və möhkəmlənməsində dövlətlərimiz maraqlıdırlar.

Biz qardaş xalq olduğumuzu göstərdik və əminəm ki, Azərbaycan xalqının müstəqil və suveren ideyalarının həyata keçirilməsində keçdiyi yol Ukraynanı da gözləyir”.

İstinadlar Report