
Avropa İttifaqının dünya bazarında ərzaq tədarükü ilə bağlı ziddiyyətlər fonunda Rusiya ilə informasiya məkanında mübarizə aparmaq üçün kifayət qədər resursları yoxdur.
Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel deyib.
“Rusiyanın təbliğat maşını çox güclüdür, onların bu mənada real sənayesi var, bizim onlar qədər resursumuz yoxdur. Avropa İttifaqı aydınlaşdırmağa çalışır ki, ərzaq ixracına heç bir sanksiya tətbiq edilməyib və buna görə də Brüssel tədarükün kəsilməsinə görə məsuliyyət daşımır. Bu, informasiya manipulyasiyasına, dezinformasiyaya qarşı mübarizə və konkret dəstək göstərmək uğrunda mübarizədir”- deyə, o bildirib.