BMT-nin İnkişaf Proqramı (UNDP) səylərini Azərbaycanın Qarabağ bölgəsində iqtisadi təlimlərin keçirilməsi, özünüməşğulluğun dəstəklənməsi, kiçik və orta biznesin inkişafına yönəltməklə fəaliyyətini genişləndirməyi planlaşdırır.

Bunu “Report”a açıqlamasında proqramın Azərbaycandakı rezident nümayəndəsi Alessandra Rokkasalvo deyib.

Onun sözlərinə görə, UNDP Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edir.

“Biz minatəmizləmə fəaliyyəti, minalardan təmizləmə üzrə təlim və zərərçəkənlərə yardım istiqamətində çox işlər görürük. Lakin gələcəkdə iqtisadi təlim, özünüməşğulluq, kiçik və orta biznesin inkişafı sahələrində fəaliyyətimizi genişləndirəcəyimizə ümid edirik”, – nümayəndə qeyd edib.

A.Rokkasalvo regiona bir neçə dəfə səfər etdiyini və bərpa işlərinin gedişatına heyran olduğunu vurğulayıb.

İstinadlar Report