Azərbaycan kimi neftlə zəngin ölkələr “yaşıl texnologiyalar”ın inkişafında lider ola bilər.

Bu barədə açıqlamasında “Energy One Solutions International”ın baş direktoru və təsisçisi Alen Stiven bildirib.

“Bu ölkələrin bir çoxu günəş və nüvə enerjisindən istifadə etmək, ya onu hidrogenə çevirmək, ya da artıq elektrik enerjisini başqa ölkələrə ixrac etmək potensialına malikdir”, – o qeyd edib.

Onun sözlərinə görə, bununla böyük beynəlxalq ötürmə şəbəkələrinin yaradılması yolu ilə enerji resurslarının nəqlinə böyük investisiyaların qoyulması nəzərdə tutulur:

“Bu isə “superşəbəkələr” vasitəsilə böyük həcmdə elektrik enerjisinin uzun məsafələrdə ticarətinə imkan verəcək”.

A.Stiven qeyd edib ki, Azərbaycan öz iqtisadiyyatını transformasiya etmək üçün lazım olan kifayət qədər maliyyə resurslarına və infrastruktura malikdir və o, dekarbonizasiyaya töhfə verən “təmiz texnologiya”lar və resursların inkişafında lider ola bilər:

“Azərbaycan bu sahə ilə bağlı xüsusilə əlverişli mövqeyə malikdir, çünki böyük miqdarda günəş enerjisinə malikdir. Üstəlik, o, 2030-cu ilə qədər enerji kompleksində bərpa olunan enerjinin payını 30 % səviyyəsinə çatdırmağı hədəfləyir”.

Baş direktor əlavə edib ki, Azərbaycanın da hidrogenin tədarükü üçün qaz infrastrukturundan istifadə etmək imkanı var:

İstinadlar Report