Rəsmi İrəvan heç vaxt Ukraynanın ərazi bütövlüyünü şübhə altına almayıb.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Onun sözlərinə görə, o, İspaniyada Avropa İttifaqı ölkələrinin parlament sədrlərinin sammitindəki çıxışında “qanunsuz” sözündən istifadə etməyib, yalnız Ukraynaya müdaxilədən danışaraq qeyd edib ki, Ermənistan digər ölkələr kimi Ukraynanın da ərazi bütövlüyünü tanıyır.

O əlavə edib ki, beynəlxalq hüquq baxımıdan Ermənistan Rusiyanın da ərazi bütövlüyünü tanıyır: “Mən bu mənada yeni nəsə söyləmişəm? Eyni zamanda, insanların hisslərinə toxunmamaq üçün “qanunsuz” sözünü işlətməmişəm”.

A.Simonyan qeyd edib ki, o, hələ ki, Rusiya Federasiya Şurasındakı tərəfdaşlarından sorğu almayıb.

İstinadlar Report