
Yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergiyə cəlb edilməsi məsələsini müzakirə etmək lazımdır.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan qanunverici orqanın iclasında çıxışı zamanı deyib.
“Hisslərimizlə, tariximizlə oynamağı dayandırın. Onsuz da siyasətlə məşğul olur, diaspordan pul yığırsınız. Şam, “Coca-Cola”, şərab satır, restoranlar işlədirsiniz, amma vergi ödəmirsiniz”, – o vurğulayıb.
O, din xadiminin vergi ödəyən sadə iş adamından niyə üstün olduğunu anlamaq istədiyini vurğulayıb.