Rusiya müxalifətinin həbsxananda ölən lideri Aleksey Navalnı martın 1-də dəfn olunub.

Məlumatı “Bild” yayıb.

Bildirilib ki, A.Navalnı Moskvanın Marino rayonunda dəfn edilib. Mərasim iştirakçıları “Aleksey! Aleksey!”, “Navalnıy!, Navalnıy!”, “Sən qorxmadın, biz də qorxmuruq!” şüarlarını söyləyiblər.

Aleksey Navalnı ilə vida mərasimində ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi, Almaniyanın səfiri Aleksandr Qraf Lambsdorf, Fransanın səfiri Pyer Levi və Avropa İttifaqına üzv başqa ölkələrin diplomatik nümayəndələri görünüb.

İstinadlar Report