“Xalqımızın, ordumuzun 44 günlük müharibədə Prezidentimizin, Ali Baş Komandanımızın rəhbərliyilə qazandığı böyük qələbə bizə gələcəyə inam hissini bəxş etdi. Artıq qalib xalqıq”.

Bunu Bakı Dağ Yəhudilər İcmasının rəhbəri Aleksandr Şarovski Ağdam şəhərində jurnalistlərə bildirib.

Müharibədə qazanılmış Zəfər nəticəsində ölkənin ruhani liderlərinin Ağdama getmək imkanına malik olduqlarını dilə gətirən dağ yəhudilərinin rəhbəri gördüklərindən aldığı təəssüratlarını dilə gətirib: “Orada gördüklərimdən sonra bütün bunların qiyamət günü olduğunu, yuxu qarışdırdığımı düşündüm. Yol boyu 20 metrdən bir istehkamçılar müqəddəs torpağımızdan mina çıxardır. Bir vaxtlar bağ-bağat olmuş Ağdam şəhəri büsbütün yox edilib. Açığı, yola düşərkən hamımızın üzü gülürdü, amma indi bu, mümkün deyil. Erməni faşistlərinin torpaqlarımızın başına gətirdikləri dəhşətdir”.

İstinadlar Report