Ermənistanın “Birləşmiş Milli Təşəbbüs” partiyasının sədri Şant Arutunyanın oğlu, millətçi kimi tanınan Şaqen Arutunyan Rusiya şairi və diplomatı Aleksandr Qriboyedovun Yerevandakı abidəsini təhqir edib.

Bu barədə Şaqen Arutunyan özünün “Facebook”dakı səhifəsində yazıb.

“Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim”, – deyə o, sosial şəbəkədəki hesabında yazıb. Arutunyan üzərinə qırmızı rəng tökərək təhqir etdiyi abidənin fotosunu da “Facebook”da paylaşıb.

Ermənistan aidiyyəti orqanları millətçi gəncin bu hərəkətinə hər hansı reaksiya verməyiblər. Onun bu hərəkətinə görə cəzalanıb-cəzalandırılmayacağı barədə məlumat verilmir.

İstinadlar Report