Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşə görə Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsilzik konfransına qatılmaqla bağlı proqramını son anda ləğv edib.

Bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.

Onun sözlərinə görə, bu barədə qərar son anda qəbul edilib.

A.Lukaşenko fevralın 16-da “Şərq-Qərb münasibətləri” mövzusunda panel müzakirələrdə iştirak etməli imiş. Onun əvəzində tədbirə ölkənin Almaniyadakı səfiri Denis Sidorenko qatılacaq.

Qeyd edək ki, bu gün 55-ci Münhen Təhlükəsizlik Konfransı başlayıb. Tədbir fevralın 17-dək davam edəcək.

İstinadlar Report