Birinci vitse-prezident Mehriban Əliyeva vəfat edən Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu haqda paylaşım edib. 

Bu barədə instaqram hesabında yazan M. Əliyeva bildirib ki, Aleksandr İşein səmimi, mehriban, genişürəkli insan idi: “Peşəsinə hədsiz sədaqəti, multikultural dəyərlərin inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük sevgi və hörmət qazandırmışdır. Onun nurlu xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır. Bu hüznlü gündə Uca Tanrıdan ona rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm!”

Aleksandr İşein ötən gün COVID-19-dan dünyasını dəyişib.

İstinadlar Qafqazinfo