Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasimi başlayıb.

Mərasim Rus Pravoslav Kilsəsində keçirilib.

Mərasim saat 12:30-a kimi davam edib.

Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. 

Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

***

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinin dəfn mərasimi başlayıb.

Mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinin dəfn mərasiminə gül göndərib.