Mayın 19-da saat 8 radələrində Göyçayda  ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Ulaşlı-Şıxlı kəndində yerləşən bağ sahəsində 2000-ci il təvəllüdlü İsmayıl Rafiq oğlu İsmayılov ağacdan alça yığarkən ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elektrik xəttinə toxunub.

Nəticədə o, cərəyan vurmasından ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

İstinadlar Qafqazinfo