Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov Bakıya gəlib.

R. Aqarunov bildirib ki, aprelin 25-də qardaşının doğum gününü burada qeyd etmək üçün İsraildən Bakıya səfər edib.

O, bu gün Şəhidlər Xiyabanına gedərək qardaşı Albertin məzarını ziyarət edəcəyini bildirib.

R. Aqarunov bundan öncə sosial şəbəkə hesabında paylaşım edərək insanları ziyarətə qoşulmağa dəvət etmiş, daha sonra isə bu postu silərək pandemiya səbəbindən kütləvi toplaşmanın baş tutmayacağını bildirmişdi.

O, saytımıza açıqlamasında da vətəndaşlara təkrar müraciət edib: “Karantin qaydalarını pozmamaq üçün xahiş edirəm ki, çox adam toplaşmasın”.

Qeyd edək ki, bu gün Albert Aqarunovun şəhədatə yüksəldiyi gündür.

O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək, 23 yaşında döyüş meydanında qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.