Albaniyanın baş naziri Edi Rama ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Nyu-Yorka səfərini ləğv edib.

Qeyd edilir ki, o, yaxın vaxtlarda Frankfurtdan Albaniyanın paytaxtına qayıdacaq.

Agentlik bildirib ki, Albaniya ərazisində bir neçə zəlzələ olub. Yeraltı təkanlar 5,8 və 7,5 maqnitudada qeydə alınıb. Zəlzələnin episentri Adriatik dənizində yerləşib.

Qeyd edək ki, iki dəfə qeydə alınmış yeraltı təkanlar nəticəsində onlarla insan xəsarət alıb.

İstinadlar Report