Bu gündən (30 Mart – Red) küçəyə çıxmaq istəyən Albaniya sakinləri icazəni “sms” vasitəsilə almalı olacaqlar.

Bu barədə məlumat Rusiyanın Tirandakı səfirliyinin “Facebook” səhifəsində yerləşdirilib.

Qeyd olunub ki, 30 mart tarixindən etibarən Albaniya hökuməti ölkə vətəndaşlarının küçəyə çıxması üçün icazələrin alınması barədə məcburi prosedur tətbiq edəcək.

“İcazə almaq üçün şəxsiyyət vəsiqənizin məlumatlarını xüsusi nömrəyə göndərməlisiniz və ya Albaniya pasportunuz varsa, ixtisaslaşdırılmış saytda formanı doldurmalısınız. Cavab “sms” şəklində veriləcək (gözləmə müddəti – 24 saata qədər). İcazə bir saat ərzində etibarlıdır” – deyə səfirlik qeyd edib.

Bildirilib ki, yeni icazələrin alınması üçün hər dəfə “sms” göndərilməlidir.

İstinadlar Report