Albaniyada daşqınlara səbəb olan leysan yağışları nəticəsində iki nəfər həlak olub, hərbçilər təhlükə altında olan yaşayış məntəqələrindən 130 nəfəri təxliyə ediblər.

Bu barədə “Kosovo Online” portalı məlumat yayıb.

Skadar rayonunda (Albaniyanın şimal-qərbində) içərisində üç nəfərin olduğu avtomobil su axınına düşüb. 14 yaşlı qız yerli sakinlərin köməkliyi ilə avtomobildən düşə bilib, onun qardaşı və atasını güclü su axını aparıb, onların meyitləri sonra hadisə yerinin yaxınlığında aşkarlanıb.

Hökumət təbii hadisəyə qarşı mübarizəyə ölkənin silahlı qüvvələrini cəlb edib. Hazırda alban hərbçiləri bütün Skadar rayonunun yaşayış məntəqələrinin sakinlərini təxliyə edirlər. Zərər çəkmiş bölgəyə 100-ə yaxın hərbçinin və xüsusi texnikanın cəlb olunduğu bildirilir.

İstinadlar Report