
ABŞ-ın Alabama ştatının səlahiyyətli şəxsləri təmiz azotdan istifadə edərək ikinci edamı həyata keçirmək istəyirlər.
Bu barədə “Associated Press” məlumat yayıb.
Belə ki, ştatın baş prokuroru Stiv Marşalın ofisi Alabama Ali Məhkəməsindən 1999-cu ildə üç nəfəri öldürməkdə təqsirli bilinən 59 yaşlı Alan Yugin Miller üçün edam tarixi təyin etməyi xahiş edib.
Qeyd edək ki, ABŞ tarixində ilk dəfə Alabama ştatında məhbus azotla edam edilib. Azotla öldürülən ilk amerikalı sifarişlə adam qətlə yetirməkdə təqsirli bilinən 58 yaşlı Kennet Yudjin Smit olub.