
Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsinə İsrailin hava hücumu nəticəsində fələstinli yazıçı, şair və jurnalist Məhəmməd Hicazi həlak olub.
Bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin oktyabrın 7-dən bəri İsrail-Fələstin münaqişəsi nəticəsində həlak olan media nümayəndələrinin ümumi sayı 220-yə çatıb.
M.Hicazi İsrailin ötən həftə sonu mühasirəyə alınmış əraziyə hücumları zamanı öldürülən 90-a yaxın fələstinli arasında olub.