Dünən Bakının mərkəzində keçirilən etiraz aksiyası zamanı saxlanılardan biri bu gün məhkəməyə çıxarılacaq.

Həmin şəxs ictimai fəal Rüstəm İsmayılbəylidir.

Bu barədə onun atası Hüseyn İsmayılbəyli məlumat verib. O bildirib ki, Daxili İşlər Nazirliyinin 102 xidmətindən onlara deyilib ki, 39-cu Polis Bölməsində saxlanılan R.İsmayılbəyli bu gün Səbail Rayon Məhkəməsində hakim qarşısına çıxarılacaq.

Ailə üzvləri bildirib ki, R.İsmayılbəyli aksiya iştirakçısı olmayıb.

İstinadlar Qafqazinfo